Ermənistanda seçkilərə 17 gün qalıb – Paşinyan Parisdə kömək axtarır

Ermənistanda ölkə daxili vəziyyət gərgin olaraq qalır, seçkilərə isə cəmi 17 gün qalıb. Son baş verən hadisələr isə Ermənistanda siyasi dairələr arasında əsl müharibənin getdiyini isbat edir.

Belə ki, Paşinyan hakimiyyətə gəlməsində əsas ideologiyası Ermənistanı iqtisadi güclü, sabit bir ölkəyə çevirmək idi. Erməni cəmiyyətini də bunlara inandırmağa çalışırdı. Hətta Azərbaycanla müharibədə acı məğlubiyyətin yaralarını bu vədlərlə sağaltmağa çalışır: “Müharibədə məğlub olduq, amma bundan sonra iqtisadi sabit Ermənistan olacaq!”

Lakin sərhəddəki təxribatlar erməni cəmiyyətində fikirləri dəyişib. Əgər ötən ilin bu vaxtı erməniləri maraqlandıran ölkənin iqtisadiyyatının güclənməsi, sabitləşməsi idisə, bu il ermənilər təhlükəsizliyə görə narahatdırlar. Xüsusən də müharibədəki məlğubiyyət, cəmiyyətə planlı şəkildə aşılanan azərbaycanafobiya bu fikirlərin yaranmasına gətirib çıxarıb. Ermənilər düşünür ki, bir nömrəli məsələ ölkənin təhlükəsizliyidir.

Paşinyanda bu təxribatlarda qazancsız deyil. O bu yolla sərhədlərin müəyyənləşdirilməsini uzadır, məqsəd isə azalmış nüfuzunu daha da aşağı salmamaqdır. Seçkiöncəsi yeni bir ərazinin daha Azərbaycana təhvil verilərsə, günahkar Nikol olacaq.


Azərbaycana qarşı hər hansı bir təxribat Ermənistana yalnız faciə gətirir – TƏHLİL

Paşinyan isə bu baş verənlərin fonunda Fransada kömək axtarır, seçkilərdə qələbəni təmin etmək üçün Makronun və Fransada olan erməni diasporunun yardımına güman edir. Paşinyanın bu yardım istəyi öz növbəsində Fransaya da sərf edir. Fransa regionda itirdiyi mövqeyi Ermənistan vasitəsilə bərpa etməyə çalışır.

Fransa ölkə başçısının Ermənistana sərf edən açıqlamaları, “Azərbaycan Ermənistanın suveren ərazisindən çıxmalıdır” deməsilə regionda mövqeyini daha da itirmiş olur. Faktiki olaraq ATƏT Minsk qrupunun heç bir mahiyyətinin olmadığının isbatı Makronun bu açıqlamasıdır.

Rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov belə hesab edir ki, Fransa prezidenti Emmanuel Makron ATƏT Minsk qrupunun tabutuna son mismarı vurdu və onun Qarabağ tənzimlənməsi prosesinə hər hansı bir formatda qayıtması perspektivi üzərindən xətt çəkdi. Bu anadək Fransanın ermənipərəst mövqeyi müzakirə mövzusu idisə, indi artıq bu, real siyasət formatına yüksəlib. Fransa xarici siyasətinin həqiqi üzü birmənalı şəkildə dünya ictimaiyyətinə nümayiş olundu. Fransa artıq bundan sonra ATƏT Minsk qrupunun həmsədri olmaq hüququna malik deyil və təşkilat bu strukturu buraxmalıdır. Məhz prezident Makron ATƏT Mİnsk qrupunun qatili kimi tarixə daxil olacaq.


Regionda barışa mane olan nədir? – Azərbaycan sülh, Ermənistan münaqişə tərəfdarı kimi…

Yerli və xarici ekspertlərin proqnozları onu göstərir ki, Ermənisantın regionda vəziyyəti gərginləşdirmək cəhdləri davam edəcək. Bunun isə müxtəlif səbələri var – ilk növbədə erməni cəmiyyəti son yarım əsrdə türklərə, azərbaycanlılara nifrətlə tərbiyə olunub.

Hazırki vəziyyətdə isə Ermənistanda məqsəd sərhədlərin müəyyənləşdirilməsini maksimum uzatmaqdır. Rusiyalı hərbi ekspert, “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko belə düşünür ki, Ermənistan Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsini istəmir. Təxribatçı qrupların bu cür hərəkəti, dövlət sərhədini keçmək kimi fəaliyyətlər müdafiə nazirliyi, baş qərargah səviyyəsində qərarlaşdırılır. Bu cür təxribatın hətta Paşinyanla razılaşdırılmasını da istisna etmirəm. Bu, Paşinyanın seçki ərəfəsində azalmaqda olan reytinqinin yüksəldilməsi üçün zəruri idi.

Asif Mehman
AzerTimes İnformasiya Agentliyi Azərbaycan xidmətinin müdiri

Teqlər: