Ermənistanda müharibə vaxtı döyüş meydanından qaçan komandir həbs olunub

Xəbər - Orxan Nəbiyev – Trend:

İkinci Qarabağ müharibəsində təlim taborlarının birinin komandiri əsgərləri döyüş meydanında qoyaraq qaçıb.

AzerTimes-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bununla bağlı Ermənistan İstintaq komitəsi cinayət işi açıb.

Qeyd olunur ki, komandir İ.Vahanyan döyüş zamanı verilən əmrə tabe olmayıb və döyüş meydanını özbaşına tərk edib. Nəticədə taborun şəxsi heyəti böyük itkilər verib.


Hazırda həmin komandir həbs edilib. Cinayət işi ilə bağlı araşdırma davam edir.

Teqlər: