Ermənistanda koronavirusa yoluxanların sayı 178,3 min nəfəri ötüb

Ermənistanda ötən sutka ərzində yeni növ koronavirusa 486 yoluxma halı qeydə alınıb, 2 nəfər koronavirusdan ölüb.

AzerTimes-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 178 385 nəfərə çatıb.


Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 3 255 nəfər ölüb, 166 180 nəfər isə sağalıb. Hazırda 8 113 nəfərin müalicəsi davam edir.