Ermənistanda koronavirusa yoluxanların sayı 170,4 min nəfəri ötüb

Ermənistanda ötən sutka ərzində yeni növ koronavirusa 168 yoluxma halı qeydə alınıb, 5 nəfər koronavirusdan ölüb.

AzerTimes-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 170 402 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 3 164 nəfər ölüb, 161 994 nəfər isə sağalıb.

Hazırda 4 443 nəfərin müalicəsi davam edir.