Ermənistanda fövqəladə hal rejimi uzadıldı

Ermənistanda fövqəladə hal rejimi uzadıldı

Ermənistanda falş-pandemiya səbəbindən martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi sentyabrın 11-nə qədər uzadılıb.

Qərar Ermənistan hökumətinin bu gün keçirilən növbədənkənar iclası zamanı verilib. Ədliyyə naziri Rüstəm Badasyan qeyd edib ki, uzadılmaya səbəb yeni yoluxma sayının azalmasına baxmayaraq koronavirusdan ölüm nisbətinin yüksək olaraq qalması olub. O həmçinin bunun uzadılmaya dair sonuncu qərar olacağını bildirib.

Qeyd edək ki, Ermənistanda martın 16-dan tətbiq olunan fövqəladə vəziyyət rejimi sonuncu dəfə iyunun 12-nə qədər uzadılmışdı.