Ermənistanda aksiya: Valideynlər övladlarının cəbhədə qəsdən “itirildiklərini” iddia edir

Xəbər - Orxan Nəbiyev – Trend:

Yerevanda Qarabağ müharibəsi zamanı itkin düşmüş hərbçilərin valideynləri növbəti aksiya keçirib.

AzerTimes-ın erməni KİV-lərinə istinadən məlumatına görə, etirazçılar Ermənistan parlamentinin qarşısında toplaşıb.

Jurnalistlərlə söhbət edərkən bəzi valideynlər övladlarının cəbhə zonasında qəsdən “itirildiklərini” iddia edib. Valideynlər bildirib ki, əsgərlər çox şeylər bildikləri üçün yoxa çıxarılıb.

Etiraz aksiyasında Xocavənd və Hadrut istiqamətlərində itkin düşmüş 120-dən çox hərbçinin valideynləri iştirak edib.

Qeyd edək ki, Ermənistanda itkin hərbçilərin yaxınlarının aksiyaları ötən ilin noyabrından etibarən davam edir.

Teqlər: