Ermənistan xarici işlər nazirinin bütün müavinləri istefa verdi

Ermənistan xarici işlər nazirinin bütün müavinləri istefa ərizələrini təqdim ediblər.

Trend xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti açıqlama yayıb.

Açıqlamada bildirilir ki, ərizələr ötən həftə müvafiq şəkildə baş nazir dəftərxanasına ötürülüb.

Qeyd edək ki, xarici işlər naziri Ara Ayvazyan, həmçinin müavini Qagik Ğalaçyan və nazirlik sözçüsü Anna Nağdalyan mayın 27-də istefa veriblər.

Teqlər: