Ermənistan və Azərbaycan mehriban qonşular kimi birgə yaşamağı öyrənməlidir – Lavrov

Ermənistan və Azərbaycan mehriban qonşular kimi birgə yaşamağı öyrənməlidir.

AzerTimes-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, adi insanların həyatını qaydasına salmaq üçün səy göstərmək lazımdır.

Azərbaycan-Ermənistan sərhədində baş vermiş insidentlərə toxunan nazir qeyd edib ki, bu hadisələrin Qarabağla heç bir əlaqəsi yoxdur.

Eyni zamanda S.Lavrov vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılmasında təkcə bu iki ölkə yox, həm də Rusiya, Türkyə və İran da maraqlıdır, bu ölkələrin fikrini də danışıqlar prosesində nəzərə almaq lazımdır.

Teqlər: