Ermənistan parlamentində yeni baş nazirin seçilməsi üçün ikinci səsvermə keçiriləcək

Bu gün Ermənistan Milli Məclisi (parlament) xüsusi iclas zamanı yeni baş nazirin seçilməsi məsələsinə yenidən baxacaq.

Bu barədə AzerTimes “TASS”a istinadən xəbər verir.

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan daha əvvəl bildirib ki, deputatlar siyasi razılaşmanı nəzərə alaraq ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün hökumətin yeni sədrini seçməyəcəklər.

İlk dəfə parlamentin millət vəkilləri mayın 3-də keçirilən xüsusi iclasda ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün N.Paşinyanın baş nazir vəzifəsinə namizədliyinin əleyhinə çıxmışdılar.

Parlament üzvləri bu dəfədə Nazirlər Kabinetinin yeni rəhbərini seçməsələr, respublikanın qanunverici orqanı buraxılacaq və ölkə prezidenti Armen Sarkisyan yeni seçkilərin tarixini təyin edəcək.