Erməni ailəsi təzminat alacaq

Erməni ailəsi təzminat alacaq

Erməni dövlətinin işgəncəsi nəticəsində ölən hərbiçi Muradyan Surenin ailəsinə 50 min avro məbləğində kompensasiya verilməsi haqqında qərar qəbul ediləcək.

İddiaçı tərəf hərbİçinin yaşamaq hüququnun əlindən alındığını bildirir.

Ötən ilin noyabrında Avropa İnsan Haqları Məhkəməsi əsgərin atasının şikayətini nəzərə alaraq və İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 2-ci maddəsinin (yaşamaq hüququ) pozulduğu qənaətinə gələrək, Ermənistan hökumətinin hərbçinin atası Qraç Muradyana 50 min avro məbələğində kompensasiya ödəməsi barədə qərar verib.

Azərbaycanın işğal olunmuş ərazilərində hərbi xidmətə göndərilən və dalağının partlaması nəticəsində ölən Suren Muradyanın atası Ermənistan hakimiyyətini, oğluna lazımi yardım göstərməməkdə və onun ölümünün istintaqının səmərəsiz aparılmasında ittiham edib.

Məlumata görə, erməni əsgər yüksək rütbəli hərbçilər tərəfindən kobud rəftara məruz qaldıqdan sonra ölüb.

Suren Muradyan 2016-cı il aprelində işgəncə ilə öldürülüb.

Başqa bir xəbərə görə, digər erməni hərbçi Karen Avetisyanın qohumları Ermənistan ordusunun müddətli hərbiçisi 19 yaşlı Avetisyanın intihar etmədiyini, qətlə yetirildiyini bildiriblər.

Qeyd edək ki, bu il aprelin 25-də Ermənistanın rəsmi dairələri Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Karen Avetisyanın intihar etdiyi haqqında məlumat yayıb. Həmin məlumata əsasən, müddətli hərbi qulluqçu, 19 yaşlı Karen Avetisyan çənə nahiyəsindən aldığı güllə yarası nəticəsində ölüb. O, pulemyotdan özünə atəş açaraq intihar edib. Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanılıb. Bu cinaəyt işi çərçivəsində 5 hərbçi həbs olunub.

Övladları Azərbaycanın işğal edilən ərazilərində bu və ya başqa səbəbdən ölən Ermənistan ordusu hərbçilərinin validenyləri bildirir ki, oğullarının Dağlıq Qarabağda hərbi xidmət etməsi qanunsuzdur: “Ermənistan rəsmiləri bizə bildirir ki, oğullarının Dağlıq Qarabağda qulluq etməsi barədə müqavilə var. Biz isə belə bir müqavilənin olmadığını, onun heç bir KİV-də yayılmadığını deyirik”.