Ermənistan daha bir beynəlxalq müsabiqədə iştirak etməyəcək

Xəbər - Orxan Nəbiyev – Trend:

Ermənistan 2021-ci il “Avroviziya” mahnı müsabiqəsində iştirakdan imtina edib.

AzerTimes-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə Ermənistanın İctimai televiziyası bildirib.

Qeyd olunub ki, ölkədə baş vermiş son hadisələr və vaxt çatışmazlığı ilə əlaqədar bu qərar qəbul edilib.


Ermənistan 2020-ci ilin noyabrında da “Uşaq Avroviziyası” müsabiqəsində iştirakdan imtina etmişdi.