Ermənilər Xızı rayonuna S-300 raketi atdılar

Ermənilər Xızı rayonuna S-300 raketi atdılar

Ermənistan terrorist qüvvələri tərəfindən Xızı rayonuna raket atılıb.

Raket Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən zərərsizləşdirilib.

Raketin qalıqları əkin sahəsinə düşüb.

ANAMA-nın xüsusi mobil əməliyyat qrupu hadisə yerinə gedib və Sitalçay ərazisində “S-300” raketinin qalıqları aşkarlanıb”.

Bu barədə ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov bildirib.

Onun sözlərinə görə, hazırda raketin hissələrinin götürülməsi həyata keçirilir:

“Raket Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən vurulub. Bu raket 300 km radiusda hədəfləri aşkarlama qabiliyyətinə malikdir. İndi qeyd olunan bu raketin 250-280 km məsafədə uçuş qabiliyyətinə malik olması müəyyənləşdirilib. Hazırda əməkdaşlarımız tərəfindən raketin hissələrinin ərazidən götürülməsi həyata keçirilir. Raket vurulan zaman xəsarət alan olmayıb”.