Ermənilər Ukraynadakı Azərbaycan konsulluğuna hücum çəkib

Ermənilər Ukraynadakı Azərbaycan konsulluğuna hücum çəkib

Döyüşdə Azərbaycan Ordusuna məğlub olan Ermənistan düşdüyü acınacaqlı vəziyyətdən çıxış yolu olaraq terror aktları törətməkdə davam edir.

Ermənilər artıq bir neçə xarici ölkədə Azərbaycana qarşı terror və təxribat törədiblər. Bunlardan biri də Ukraynada baş verib. Bu gecə ermənilər Azərbaycanın Xarkovdakı fəxri konsulluğuna hücum ediblər.

Erməni terrorçular tərəfindən konsulluğun binası atəşə tutulub. Onlar səs boğucu tapançadan 6 dəfə atəş açıblar. Güllələrdən 3-ü giriş qapısına, 3-ü isə pəncərəyə dəyib.

Azərbaycanın Xarkovdakı Konsulluğundan verilən məlumata görə, hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.