Mülki şəxslər qaçaraq Xankəndini tərk ediblər

Mülki şəxslər qaçaraq Xankəndini tərk ediblər

“Xankəndidə şəhər əhalisinin 30%-i qalıb.”

“Qraparak” qəzetinə açıqlamasında Xankəndinin qondarma meri David Sərkisyan bu məlumatı verib. O, Xankəndi səmasında atəş zərbəsi PUA-larının görünmədiyini də bildirib.

Əslində isə Xankəndidə ümumiyyətlə yalnız hərbçilərin qaldığı qeyd edilir. Hələ bir həftə öncə Xankəndidən hazırlanan reportajda şəhərdəki binalardakı mənzillərin hansındasa nadir hallarda işıq yandığına diqqət çəkilmişdi.

Qeyd edək ki, bundan öncə Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Qarabağı 90 min erməninin tərk etdiyini açıqlamışdı.

Azərbaycan bundan öncə dəfələrlə Qarabağdakı erməni əhalinin özünün vətəndaşları olduğunu və onların təhlükəsizliyinə hər cür şərait yaradacağını açıqlayıb.