Ermənilər Daşkəsənə atəş açdı, meşədə yanğın baş verdi

Ermənilər Daşkəsənə atəş açdı, meşədə yanğın baş verdi

“Humanitar atəşkəsi kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Azərbaycanın Daşkəsən bölgəsini atəşə tutdu. Nəticədə meşə yanğını baş verdi”.

Prezidentin köməkçisi Hikmət Hacıyev öz twitter hesabında bu barədə məlumat verib.

“Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürmək və Ermənistanın törətdiyi ekoloji terroru minimuma endirmək üçün ərazidə fəaliyyət göstərirlər. Xoşbəxtlikdən vətəndaşlar arasında itki yoxdur”, -deyə H. Hacıyev qeyd edib.