Ermənilər bizə ağır işgəncələr veriblər – Əsirlikdə olan şəxs

Xəbər - Elçin Mehdiyev – AzerTimes:

Əsirlikdə olduğumuz zaman ermənilər bizə ağır işgəncələr veriblər.

AzerTimes-ın məlumatına görə, bunu Yasamal rayon məhkəməsində Qarabağda azərbaycanlı əsirlərə işgəncə verən erməni terrorçular Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın məhkəməsi zamanı zərərçəkmiş kimi tanınan Kamil Babayev deyib.

1 ildən artıq müddətdə əsirlikdə olduğunu deyən K.Babayev qeyd edib ki, Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan onlara ağır işgəncələr veriblər:


“Əsirlikdə olan zaman Şuşada, Xankəndində olmuşam. Əsirlikdə bizə çox işgəncələr veriblər. Hazırda məhkəməsi gedən ermənilər bizə qarşı çox qəddarcasına rəftar ediblər. Zaman gəldi, haqq-ədalət öz yerini tapdı, indi onlar öz çirkin əməllərinə görə cəzalarını alacaqlar”.

Teqlər: