Erməni vandalları bilərəkdən işğal altında saxladıqları ərazilərə minalar yerləşdiriblər – Naqif Həmzəyev

Xəbər - Trend6

Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Dağlıq Qarabağ münaqişəsinini həlli istiqamətində yeni dönüş nöqtəsi oldu. Tarixi ədalət, beynəlxalq hüquq prinsipləri bərpa edildi. Öz ərazi bütövlüyünü bərpa edən ölkəmiz regionda təhlükəsizliyin, sülhün bərqərar olması inkişafı üçün mühüm addım kimi tarixə düşən üçtərəfli bəyanatda əksini tapmış məsələlərin həlli üçün konkret addımlar müəyyənləşdirdi. Artıq işğaldan azad edilmiş ərazilərində sürətlə yol-nəqliyyat və infrastruktur layihələrini həyata keçirilir.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, tarix boyu Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasəti həyata keçirən Ermənistan hakimiyyəti yenə də faşist ideologiyasından əl çəkmək istəmir. Azərbaycanın 20 faiz torpağını işğal edərək 1 milyondan çox əhalisini öz doğma yurdundan didərgin salan işğalçı Ermənistan hakimiyyəti bir çox beynəlxalq təşkilatların çağırışlarına, BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə məhəl qoymayaraq hələ də işğalçı mövqeyində qalır. Ali Baş Komandanımızın qətiyyəti, müzəffər Ordumuzun gücü ilə işğaldan azad olunmuş ərazilərin minalanmış sahələrin xəritəsini Azərbaycan tərəfinə verməli olan Ermənistan terror siyasətini davam etdirir.

Erməni vandalları bilərəkdən otuz il ərzində işğal altında saxladıqları ərazilərə o cümlədən qəbiristanlıqlara, su hövzələrinə, cığırlara, keçidlərə, mümkün ola biləcək sahələrə mina və partlamamış mərmilər basdırıblar. Minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim edilməməsi indiyədək 14 insanın ölümünə, 60-dan çoxunun isə yaralanmasına səbəb olub. Bu da 44 günlük müharibənin qalibi – Azərbaycanın “Böyük qayıdış” planının reallaşdırılmasına, erməni vandallarının qadağan olunmuş silahlarla dağıtdığı şəhərlərimizdə, yurd yerlərimizdə tikinti-quruculuq, abadlıq işlərinin həyata keçirilməsinə yönəlmiş cinayətdir.

Ermənistan başlarına dəymiş “dəmir yumruq”dan düzgün nəticə çıxarmalı minalanmış sahələrin sxemlərini və xəritələrini Azərbaycana verməlidir. İnsanlığa qarşı ən ağır cinayətlər- dinc əhalinin vəhşicəsinə kütləvi qırğınına əl atmaqdan usanmayan barbar ermənilər yeni qətliamlara imza atmamaq üçün barbarlıqlarından, vandallıqlarından əl çəkməlidirlər.

Teqlər: