Erməni qəlpələrinin can aldığı nənə və nəvə

Erməni qəlpələrinin can aldığı nənə və nəvə

Ötən gün ermənilərin törətdiyi təxribat nəticəsində dünyasını dəyişən Füzuli rayonu, Alxanlı kənd sakinləri 18 aylıq Zəhra Elnur qızı Quliyeva və nənəsi Sahibə İdris qızı Quliyevanın öz kəndlərində dəfn olunub.

Mərasimdə mərhumların ailə üzvləri ilə yanaşı, Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edib.

İcra Hakimiyyəti təhlükəsizliyi təmin etmək üçün mərhumların yas mərasimini Alxanlı kəndinə deyil, digər qəsəbədə keçirilməsini qərara alıb.

Məlumata görə, mərhumların yas mərasimi isə Zobcuq-5 qəsəbəsində keçirilir. Rayon rəsmiləri bunu mərasimə gələnlərin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqələndirib.