Erməni məhsulları Moskvada Food City bazarına buraxılmır

Erməni məhsulları Moskvada Food City bazarına buraxılmır

Ermənistan sahibkarlarına məxsus məhsul dolu yük maşınları Moskvanın ən böyük topdansatış bazarlarından olan “Food City” kənd təsərrüfatı məhsulları bazarından çıxarılıb.

Erməni satıcılar məhsullarının artıq korlandığını bildirirlər.

Ötən gün bazarın administrasiyası ilə görüşə gələn erməni diaspor nümayəndələri məkandan qovulub.

Qeyd edək ki, “Food City” bazarı Rusiyada fəaliyyət göstərən nüfuzlu azərbaycanlı iş adamı Qod Nisanov və ortağı Zarah İliyevə məxsusdur.

Aldığımız yeni xəbərə əsasən Gürcüstan hökuməti də Ermənistandan gələn yük avtomobillərini də sərhəddən buraxmır.