Erməni deputatlar iclasa qatılmaq üçün Bakıya gəlirlər

Erməni deputatlar iclasa qatılmaq üçün Bakıya gəlirlər

Erməni deputatlar Bakıya gəlirlər.

Söhbət Ermənistanın “Avronest” PA-dakı nümayəndə heyətinin üzvlərindən gedir.

Onlar sentyabrın 22-də Bakıda “Avronest” PA-nın sosial məsələlərlə bağlı iclasına qatılacaqlar.

İclasda Ermənistanı heyətin rəhbəri Armen Aşotyan və heyətin üzvü, “Yelk” fransiyasının deputatı Mane Tandilyan təmsil edəcək. Tədbir qadın sağlamlığı və gender bərabərliyinin stimullaşdırlmasına həsr ediləcək.

Qeyd edək ki, A.Aşotyan həm də Ermənistanın hakim Respublika partiyasının sədr müavinidir.