Erməni cəmiyyəti hansısa şovinist qüvvələrin əsirinə çevrilməməlidir – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Ermənilər nə qədər reallığı tez anlasalar, onlar üçün o qədər yaxşı olar.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Deputat bildirib ki, şanlı Azərbaycan Ordusu 44 gün ərzində Ermənistan ordusunu məhv etdi və regionda yeni reallıq yaratdı: “Azərbaycan 30 ilə yaxın bir dövrdə işğal altında qalan ərazilərini öz gücü hesabına azad etdi. Problem artıq həll olunub, lakin Ermənistanda bəzi revanşist qüvvələr hansısa yeni münaqişə və ya qisas haqqında fikirlər söyləyirlər. Azərbaycan xalqı erməni xislətinə yaxşı bələddir. Tarix boyu biz erməni vəhşiliyindən əziyyət çəkmişik. Amma erməni şovinistləri bir reallığı yaxşı dərk etməlidirlər. Azərbaycan artıq əvvəlki Azərbaycan deyil. Onun şanlı ordusu, bütöv regionun iqtisadiyyatının böyük bir hissəsini təşkil edən iqtisadiyyatı, daxildə vahid birliyi, peşəkar qurulmuş beynəlxalq münasibətləri və güclü lideri var.

Ermənistan haqqında isə biz bunların heç birini deyə bilmərik. Ölkə faktiki olaraq xaos içərisindədir. İnsanların heç bir dövlət institutuna inamı qalmayıb və onlar kütləvi şəkildə Ermənistanı tərk edirlər. Belə olan halda, hansı revanşdan söhbət gedə bilər?

Ermənistan dövləti yaxşı başa düşməlidir ki, onların yeganə çıxış yolu qonşuları ilə münasibətləri normallaşdırmaqdan keçir. Nə qədər ki, bu reallığı tez dərk edəcəklər, bir o qədər tez regiondakı inteqrasiya proseslərinə qoşula biləcəklər. Hər halda, onlar Azərbaycan Ordusunun gücünü gördülər”.

Deputat vuğulayıb ki, Prezident İlham Əliyevin də Hərbi Qənimətlər Parkındakı çıxışı zamanı bu məsələ ilə bağlı fikirləri açıq və sərt idi: dəmir yumruq yerindədir, lazım olarsa, bunların başını elə əzərik və buna son qoyulacaq. Düşünürəm ki, erməni cəmiyyəti baş verən bu prosesləri yaxından izləməli və hansısa şovinist qüvvələrin əsirinə çevrilməməlidir. Əks təqdirdə, dəmir yumruq işə düşəcək”.

Teqlər: