Ərəb koalisiyası husilərin PUA-sını məhv edib

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası “Ənsar Allah” Yəmən hərəkatının (husilər) minalanmış pilotsuz uçuş aparatını məhv edib.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə koalisiyanın bəyanatında deyilir.

Məlumata əsasən, PUA Səudiyyə Ərbistanına məxsus ticarət gəmisi istiqamətində buraxılıbmış: “Husilərin Səudiyyə Ərəbistanının ticarət gəmisinə pilotsuz uçuş aparatı ilə hücum cəhdinin qarşısı alınıb. …> Babül-Məndəb boğazı istiqamətində gəmiçiliyin təhlükəsizliyini və azadlığını təmin etmək üçün bütün lazımi tədbirlər görülür”.