Ərəb koalisiyası husilərin iki minalanmış dronlarını dəf edib

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb koalisiyasının hava hücumundan müdafiə qrupları “Ənsar Allah” Yəmən hərəkatının (husilər) minalanmış iki pilotsuz uçuş aparatını dəf edib.

AzerTimes-ın məlumatına görə, bu barədə “Reuters” agentliyi dövlət televiziyasına istinadən bildirib.

Bildirilib ki, nəticədə uçuş aparatları məhv edilib.


Məlumata əsasən, partlayıcı ilə dolu PUA-lar Yəmən ərazisindən Səudiyyə Ərəbistanın cənub-qərbindəki Xamis-Muşayt şəhəri istiqamətində buraxılıb.