Ərəb koalisiyası husilərin dronunu məhv edib

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyanın hava hücumundan müdafiə sistemləri pilotsuz uçuş aparatını ələ keçirərək məhv edib.

AzerTimes-ın “Sky News Arabiya” telekanalına istinadən verdiyi məlumata görə, PUA Yəmənin “Ənsar Allah” hərəkatının üsyançılarına (husilər) məxsus olub.


Bildirilir ki, PUA Səudiyyə Ərəbistanının Hamis-Muşayt şəhəri istiqamətində buraxılıb. İnsident nəticəsində xəsarət alan olmayıb.