Ərdoğanla Putin Qarabağdan danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

AzerTimes xəbər verir ki, bu barədə məlumatı Kreml yayıb.

Məlumata görə, V.Putin Türkiyə Prezidentini Azərbaycan, Ermənistan və Rusiya liderlərinin yanvarın 11-də Moskvada keçirdikləri üçtərəfli görüşün əsas nəticələri barədə məlumatlandırıb. Qarabağda Rusiya-Türkiyə kordinasiyası barədə danışılıb. Atəşkəsə nəzarət üçün birgə sülhməramlı mərkəzinin formalaşdırılması prosesi də da müzakirə mövzusu olub.

Türkiyənin dövlət başçısı Rusiyanın Qarabağda münaqişə həllindəki səylərini dəstəkləyib, Türkiyə və Rusiyanın birgə koordinasiyasının tərəfdarı olduğunu vurğulayıb.

azertimes.az