Ərdoğan yenidən AKP sədri seçilib

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) VII qurultayı keçirilib.

AzerTimes-ın məlumatına görə, qurultayda Rəcəb Tayyib Ərdoğan yenidən AKP sədri seçilib.

Partiya sədrliyinə yeganə namizəd olan R.T.Ərdoğana 1428 qurultay nümayəndəsi səs verib.


Partiyanın İdarə Heyətinin 75 nəfərlik yeni tərkibi də təsdiqlənib.