Ərdoğan YAP nümayəndə heyətini qəbul edəcək

Xəbər - Elçin Mehdiyev – AzerTimes:

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi YAP nümayəndə heyətini qəbul edəcək.

AzerTimes-in məlumatına görə, qəbul AK Partinin qərərgahında baş tutacaq.

Qeyd edək ki, YAP nümayəndə heyəti Türkiyədə səfərdədir. T.Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinə YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin deputatı Ramil Həsən və YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov daxildir.

Twitter: @ElchinMehdiyev

Teqlər: