Ərdoğan Putini dəstəklədi

Xəbər - Orxan Nəbiyev – Trend:

ABŞ prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putin barəsində işlətdiyi ifadələr qəbuledilən deyil.

AzerTimes-ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, V.Putin səslənən ittihama ustalıqla cavab verib:


“Bir dövlət başçısının bu cür ifadə istifadə etməsi qəbuledilən deyil. Vladimir Putin ustalıqla cavab verərək doğru addım atıb”.

Qeyd edək ki, bir neçə gün əvvəl C.Bayden jurnalistlərlə söhbəti zamanı V.Putini qatil adlandırmışdı. V.Putin isə bu sözləri uşaq oyunu ilə müqayisə etmişdi.

Teqlər: