“Putin mənə zəng etdi…”

“Putin mənə zəng etdi…”

Moskva Suriya prezidenti Bəşər Əsədə qarşı mövqeyini dəyişib. Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan “Reuters”ə müsahibəsində deyib.

Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığından sonra bu qənaətə gəldiyini bildirib: “Cənab Putin mənə zəng etdi və dedi ki, siz məni düzgün başa düşün, mən Əsədi müdafiə etmirəm, onun vəkili də deyiləm“.

Nə qədər ki, Əsəd hakimiyyətdədir, Suriyada müharibə bitməyəcək və sülh əldə olunmayacaq”, – deyə Türkiyənin dövlət başçısı əlavə edib.

Kreml bundan əvvəl dəfələrlə Əsədin taleyini Suriya xalqının müəyyənləşdirməli olduğunu bəyan edib.