“Equinor” “Azəri-Çıraq-Günəşli” blokunda hasilatı artırıb

Xəbər - Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev -Trend:

“Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunda 7,27 faiz paya malik Norveçin “Equinor” şirkəti 2020-ci ilin dördüncü rübündə 33 500 barel neft ekvivalenti hasil edib.

Trend bu barədə şirkətin hesabatına istinadən məlumat verir.

Şirkət ötən ilin birinci rübündə 38 100, ikinci rübündə 34 200, üçüncü rübündə isə 32 900 barel neft ekvivalenti hasil etmişdi.


Qeyd edək ki, BP-nin hesabatına əsasən, bu günədək “Azəri-Çıraq-Günəşli” blokunda neft hasilatının həcmi 3,8 milyard bareli ötüb. 2020-ci ildə yataqlar blokunda hasilatın həcmi gündə orta hesabla 477 000 barel təşkil edib.

Teqlər: