“Equinor” Azərbaycanda layihələr üzrə ödənişlərin həcmini açıqlayıb

Xəbər - Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev – Trend:

2020-ci ildə “Equinor” şirkəti “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə 243,7 milyon dollar həcmində ödəniş edib.

Trend bu barədə şirkətin hesabatına istinadən məlumat verir.

Şirkətin “Abşeron” yatağı üzrə ödənişləri 35,2 milyon dollar, Bakı-Tbilisi-Ceyhan layihəsi üzrə 3,1 milyon dollar təşkil edib.

Şirkət ötən il Azərbaycan hökumətinə ümumilikdə 283 milyon dollar ödəniş edib. Bu ödənişlərı 38 milyon dolları vergi, 1 milyon dolları yığım və 244 milyon dolları qəbul edən ölkənin hökumətinə ödənişlər təşkil edib.

Eyni zamanda, 2020-ci ildə “Equinor”un Azərbaycanda hasilatı sutkada 35 milyon barel neft ekvivalentinə bərabər olub. 2019-cu ildə bu göstərici 39 milyon barel təşkil etmişdi.

Şirkətin ötən il xalis əməliyyat mənfəəti 60 milyon dollar olub.

Teqlər: