Ən etibarsız maşınların reytinqi

Ən etibarsız maşınların reytinqi

Ən etibarsız maşınların reytinqi açıqlanıb. Amerikanın “J.D. Power and Associates” adlı şirkəti bu siyahını tərtib edib.

Siyahı müştərilərin məmnunluq dərəcəsi əsas götürülərək hazırlanıb. Onlar 90 gün ərzində maşınları ilə bağlı üzləşdikləri problemlər barədə müxtəlif sualları cavablandırıblar. Problem nə qədər azdırsa, demək maşın o qədər etibarlıdır.

Nəticədə bəlli olub ki, ən etibarsız maşın markası FIAT-dır. Hər yüz maşına 163 nöqsan düşür. “Jaguar” və “Volvo”da vəziyyət daha qənaətbəxşdir – 148 və 134 problem. İlk beşliyə “Mitsubishi”, “Land Rover” də daxil olub. Hərəyə 131 nöqsan.

Ən etibarlı maşınların da adı bu siyahıda müəyyən edilib. İlk yerin sahibi yüzə 72 nöqsanla KİA-dır. İlk üçlükdə “Hyundai Genesis” (77) və “Porsche” (78) var.