Əminəm ki, biz bu yaxınlarda Qarabağ ərazisindəki digər aerodomlara uçuş təşkil edəcəyik – təyyarə kapitanı

Füzuli. Trend:

Nəhayət ki, biz Qarabağ səmasında uçuşları həyata keçirməyə başlamışıq və keçirəcəyik.

Bu barədə AzerTimes-a “Airbus A340-500” tipli sərnişin təyyarəsinin kapitanı Rasim Əşrəfov deyib.


“Mən hər şeydən əvvəl bir azərbaycanlı pilot kimi qürur hissi keçirirəm. Nəhayət ki, biz Qarabağ səmasında uçuşları həyata keçirməyə başlamışıq və keçirəcəyik. Uçuş sxemi Füzuli aeroportuna çox geniş və rahatdır. Aldığımız avadanlıqlar, təchizat beynəlxalq standartlara uyğundur. Və güman edirəm ki, əminəm ki, biz bu yaxınlarda daha bir Qarabağı ərazisindəki aerodomlara uçuş təşkil edəcəyik”, – deyə qeyd edib.

Teqlər: