Əməkdar artist Yaqub Zurufçu vəfat etdi

Xəbər - Samir Əli – Trend:

Koronavirusdan əziyyət çəkən əməkdar artist Yaqub Zurufçu vəfat edib.

Bu barədə AzerTimes-a “Yeni Klinika”dan məlumat verilib. Sənətçinin yaxın saatlarda vəfat etdiyi bildirilib.

Xatırladaq ki, Yaqub Zurufçu 1956-cı ildə aprelin 8-də Təbriz şəhərində anadan olub. 1989-cu ildə Azərbaycana gələn müğənni 2009-cu ildə “Azərbaycan Respublikasının Əməkdar Artisti” adına layiq görülüb.

Allah rəhmət eləsin!

Teqlər: