Əməkdar artist: ”Yadıma düşəndə məni ağlamaq tutur”

“Şəhid analarına həsr olunmuş “Şərəf məktubu” adlı filmdə şəhid anasını canlandırdım. Film döyüşdə olan oğulun anasına yazdığı son məktubundan bəhs edir. Hələ də o obrazın təsirindən çıxa bilmirəm. Yadıma düşəndə məni ağlamaq tutur”.

Bunu Yenicag.az-a açıqlamasında əməkdar artist, tanınmış aktrisa Suğra Bağırzadə deyib.

Aktrisa son vaxtlar baş verən hadisələrin təsiri altında olduğunu bildirib:

“Müharibə, Vətən yolunda canından keçən şəhidlər çox sarsıtdı məni. İndi də pandemiyanın ikinci dalğası insanların normal həyat ritmini pozub. Demək olar ki, vaxtımı evdə keçirirəm. Əlbəttə ki, yaradıcı insan kimi teatr, çəkiliş meydançası üçün çox darıxıram, filmlərə, seriallara çəkilmək istəyirəm. Amma bunun üçün fiziki imkanlar və yüksək əhval-ruhiyyə olmalıdır. Yeni əsərlər üzərində işləyirəm. Yalnız bundan zövq alıram. Çox istəyirəm ki tezliklə pandemiya bitsin, günəş çıxsın, insanlar əvvəlki kimi xoşbəxt olsunlar, normal həyatları bərpa olunsun. İnsanlar əsəb, stress, gərginlikdən uzaq olsunlar”.

Cəvahir

www.yenicag.az