Əməkdar artist atasından sonra anasını da koronavirusa görə itirdi

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Əməkdar artist, skripkaçı Səlim Abbasovun anası koronavirusdan vəfat edib.

AzerTimes-ın məlumatına görə, bir müddət əvvəl koronavirus səbəbindən atasını itirən əməkdar artist Səlim Abbasovun anası da bu gün dünyasını dəyişib.

S.Abbasovun anası Zığda yerləşən modul tipli xəstəxanada müalicə alırdı. Onun şəkərli diabetdən də əziyyət çəkdiyi qeyd olunur.

Teqlər: