Elon Mask x.com-u 5 milyon dollara PayPal’dan geri aldı

Elon Mask x.com-u 5 milyon dollara PayPal’dan geri aldı

Elon Mask, “PayPal”dan x.com domenini geri alıb.

Qeyd etmək lazımdır ki, Elon Mask, “PayPal”ın təsisçilərindən biri olub. “x.com” şirkəti, Elon Mask-ın Zip2-dan sonra ikinci startapı idi. Layihə, 1999-cu ildə istifadəyə verilmişdi və online banking mövzusunu əhatə edirdi.

2001-ci ildə isə “x.com”, “Confinity” şirkəti ilə birləşdi və adını “PayPal”a dəyişdi. Həmin vaxtda şirkətin direktorlar şurasının qərarına əsasən Elon Mask öz vəzifəsindən azad edildi.

Məlumata əsasən x.com domeni, Elon Mask-a 3 İyul tarixində keçmişdi. “PayPal” təmsilçiləri bu xəbəri təsdiqləyiblər. Lakin domenin alınma qiyməti barəsində heç bir məlumat verilməyib. 2014-cü ilin sonunda ona oxşayan bir başqa domen (z.com) 6.8 milyon dollara satılmışdı. Bu səbəbdən bir sıra məlumatlara əsasən x.com domenini geri almaq, Elon Mask-a 5 milyon dollara başa gəlib.

Elon Mask-ın özü isə həmin domeni nəyə görə geri aldığı barədə heç bir məlumat verməyib.