Elon Maskdan sərt addım

Elon Maskdan sərt addım

Elon Mask Amerika Birləşmiş Ştatları prezidenti yanında məsləhət şurasından ayrılıb.

Prezident Donald Trampın ABŞ-ın Paris sazişindən çıxmasını elan etməsindən dərhal sonra Elon Mask, prezidentin yanında bütün məsləhət şuralarından çıxıb. “Prezident yanında məsləhət şurasından ayrılıram.

İqlim dəyişikliyi real bir şeydir. Paris-dən çıxmaq ABŞ və bütün dünya üçün müsbət bir cəhət deyil” – deyə o öz Twitter hesabında bildirib.

Mask-ın Ağ Ev-dən getmə xəbərindən sonra onun şirkəti “SpaceX”, yeni CRS-11 uçuş proqramını anons etdi. “SpaceX” ilə NASA-nın ümumi müqavilələrinin qiyməti hal hazırda 4.2 milyard dollar təşkil edir. Bundan əlavə olaraq Mask-ın şirkətinin ABŞ hərbi qüvvələri ilə də müqaviləsi var. 2020-ci ildə həmin müqavilənin qiyməti 70 milyard dollar təşkil edə bilər.

Paris sazişi, 2015-ci ildə Barack Obama tərəfindən imzalanmışdır. Həmin vaxtda əlavə olaraq 194 ölkə də bu sazişi imzalamışdı. Paris sazişi, atmosferə karbon qazı tullantılarının aşağı salınması üçün nəzərdə tutulub. Bundan əlavə olaraq bu saziş, ekologiya problemlərinin həlli üçün 2020-ci ildə inkişafda olan ölkələrə 100 milyard dollar vəsait ayrılmasını da təsdiqləyir.