Eldəniz Səlimovun hərəkəti parlament üçün çox böyük bir ləkədir – Komissiya sədri

Xəbər - Elçin Mehdiyev – AzerTimes:

Deputat Eldəniz Səlimovun hərəkəti parlament üçün çox böyük bir ləkədir.

AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov parlamentin bu gün keçirilən növbədənkənar iclasında deyib.

O qeyd edib ki, bu məsələ komissiyada geniş müzakirə olunub və Eldəniz Səlimovun toxunulmazlığının ləğv edilməsi üçün kifayət qədər əsasların olduğu müəyyən edilib:


“Biz bundan sonra Milli Məclisin şərəfli adını qorumalıyıq. Hər kəs qanun qarşısında bərabərdir və öz əməlinə görə cavab verməlidir. Bu hadisə bizim hər birimiz üçün dərs olmalıdır”.

Teqlər: