Ekvador prezidenti əməliyyat üçün ABŞ-a yollanacaq

May ayının sonunda vəzifəsinə başlayan Ekvador prezidenti Gilyermo Lasso onurğasında əməliyyat üçün ABŞ-a yollancaq.

AzerTimes TASS-a istinadən xəbər verir ki, bu barədə Ekvador liderinin mətbuat xidməti “Twitter”də açıqlama verib.

Açıqlamada deyilir: “Əməliyyat zamanı…> bel nahiyəsindəki keçmişdə müvəffəqiyyətsiz müalicənin nəticəsi olduğu şiş aradan qaldıracaq”. 65 yaşlı siyasətçinin ABŞ-a iyunun 20-də getməsi planlaşdırılır. Əməliyyatın tarixi və yeri açıqlanmayıb.

Yerli mediada verilən xəbərlərə görə, G.Lasso 2013-cü ildə İspaniyaya ziyarəti zaman belindən zədə alıb. O, 2017-ci ildə ABŞ-ın Ohayo ştatının Klivlend şəhərindəki klinikasında onurğa əməliyyatı keçirib.

Teqlər: