Ekologiya işçilərinin xüsusi geyim formasının, fərqlənmə nişanlarının təsviri və onların təchizat Norması təsdiqləndi

Nazirlər Kabineti 64 №-li Qərarına dair izah verib.

Trend Nazirlər Kabinetinə istinadən xəbər verir ki, Qərar “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən işçilərinin xüsusi geyim formasının, fərqlənmə nişanlarının təsviri və onların təchizat norması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 5.16-cı bəndinə əsasən hazırlanıb.

Qərar Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən işçilərinin xüsusi geyim formasının, fərqlənmə nişanlarının təsvirini və onların təchizat normasını müəyyən edir.

Teqlər: