Əfqanıstanın Bağlan əyalətində müqavimət qüvvələri ilə Taliban arasında döyüşlər yenidən başlayıb

Şimali Bağlan əyalətində Taliban və Milli Müqavimət Cəbhəsi döyüşçüləri arasında qarşıdurmalar yenidən başlayıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə bölgədəki müqavimət qüvvələrinə yaxın mənbə məlumat verib.

Mənbədən bildirilib: “Bu səhər Bağlanın Andarab vadisinin Puli-Hisar bölgəsində, Taliban və müqavimət qüvvələri arasında döyüşlər yenidən başladı. Taliban döyüşçüləri itkilər verərək bölgədən geri çəkilmək məcburiyyətində qalıblar”.

Qarşıdurmaların hələ də davam etdiyi bildirilir.