Əfqanıstanda sərnişin avtobusu partladılıb – Yaralılar var

Xəbər - Orxan Nəbiyev – Trend:

Əfqanıstanın paytaxtı Kabildə sərnişin avtobusu partladılıb.

AzerTimes-ın məlumatına görə, hadisə nəticəsində azı 15 nəfər yaralanıb.


Partlayış zamanı ətrafdakı avtomobillərə də ziyan dəyib. Hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən olmayıb.