Əfqanıstanda qubernatorun iqamətgahında partlayış törədilib

Xəbər - Orxan Nəbiyev – Trend:

Əfqanıstanın cənubundakı Zabul əyalətində partlayış törədilib.

AzerTimes-ın məlumatına görə, partlayış əyalətin qubernatoru Atacan Haba Bayanın iqamətgahında baş verib.

Hadisə nəticəsində qubernatorla yanaşı, bir neçə nəfər də yaralanıb.


Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.