Əfqanıstanda məktəbin qarşısında partlayışlar olub, çoxlu sayda ölən var

Əfqanıstanın paytaxtı Kabildə yerləşən məktəbin qarşısındakı partlayışlar nəticəsində ən az 55 nəfər ölüb, 150 nəfər yaralanıb.

AzerTimes-ın məlumatına görə, bu barədə “Reuters” agentliyi təhlükəsizlik xidmətində olan mənbəyə istinadən bildirib.

Məlumata əsasən, Kabildə qızlar üçün dövlət məktəbinin qarşısında minalanmış avtomobil partlayıb.

Əfqanıstan Daxili İşlər Nazirliyi hələki 30 nəfərin ölməyini rəsmi olaraq təsdiqləyib. Ölən və yaralananların əksəriyyəti məktəb şagirdləridir.

Hələ heç bir təşkilat hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.