Əfqanıstanda kamikadze özünü partlatdı – 5 nəfər öldü

Əfqanıstanda kamikadze özünü partlatdı – 5 nəfər öldü

Əfqanıstanda terrorçu-kamikadzenin hücumu nəticəsində 5 nəfər həlak olub, 40 nəfər yaralanıb.  

Yerli hökumət orqanları ölənlər arasında 2 hərbçinin və 3 dinc sakinin olduğunu bildirib.

Partlayışdan daha çox yaxınlıqda yerləşən mədrəsənin tələbələri zərər çəkib.

Eyni zamanda, partlayış bir sıra hərbi texnikaya da ciddi ziyan vurub. Belə ki, partlayış anında texnika bölməyə qayıdırmış.

Partlayışa görə məsuliyyəti artıq “Taliban” qruplaşması üzərinə götürüb.