Əfqanıstanda gömrük məntəqəsində yanğın olub, 17 nəfər xəsarət alıb

Əfqanıstanda gömrük məntəqəsində yanğın baş verib.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, yanğın nəticəsində 17 nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır.

Məlumata əsasən, yanğın benzindaşıyan maşınların partlaması nəticəsində başlayıb. Hazırda təxminən 500 yük maşını yanır.


Yanğının söndürülməsi üzrə işlər davam etdirilir.