Əfqanıstanda BMT-nin missiyası avtomobillərinə hücumda 5 nəfər həlak olub

BMT-nin Əfqanıstandakı missiyasına aid iki maşına Kabil ilə Cəlalabad şəhərini birləşdirən magistral yolda silahlı hücum olub.

AzerTimes-ın məlumatına görə, bu barədə Əfqanıstanın “Ariana News” telekanalı bildirib.

Məlumata əsasən, avtomobillərdən birinin sürücüsü öldü və onun idarə etdiyi nəqliyyat vasitəsi çaya düşdü. Son məlumatlara görə, hadisə nəticəsində beş nəfər həlak olub.


Bildirilib ki, Kabil-Cəlalabad yolundakı təşkil edilən hücumda ölənlər arasında BMT əməkdaşları yoxdur.