Əfqanıstanda ard-arda partlayışlar olub

Xəbər - Orxan Nəbiyev – Trend:

Əfqanstanın şimal-qərbindəki Herat şəhərində qaz obyektində ard-arda partlayışlar baş verib.

AzerTimes-ın məlumatına görə, səhər saatlarında baş verən hadisədən sonra güclü yanğın başlayıb.

Yanğının qarşısının alınması üçün çoxlu sayda yanğınsöndürən briqada cəlb olunub.


Hər hansı itkilər barədə məlumat verilməyib.