Əfqanıstan prezidenti ABŞ-ın müdafiə nazirini qəbul edib

Əfqanıstan prezidenti Əşrəf Qani və bu gün elan edilməmiş səfərlə Kabilə gələn ABŞ-ın müdafiə naziri Lloyd Ostin arasında görüş baş tutub.

AzerTimes-ın məlumatına görə, bu barədə Əfqanıstanın “Ariana News” telekanalı xəbər yayıb.

Telekanal qeyd edir ki, ölkə prezidentinin mətbuat xidməti görüşün təfərrüatları barədə heç bir məlumat vermir.


Qeyd edək ki, L.Ostinin Kabilə səfəri Dohada Vaşinqton və “Taliban” radikal hərəkatının nümayəndələri arasında imzalanan razılaşmanın icrası ilə bağlı tərəflər arasındakı fikir ayrılıqları fonunda baş tutur.

Xatırladaq ki, razılaşmanın əsas məqamlarından biri ABŞ hərbçilərinin Əfqanıstandan mayın 1-dək çıxarılmasından ibarətdir.